ABŞ Prezidenti Donald Tramp, təqdim olunan statistika göstəricilərini bəyənmədiyi üçün Əmək Statistikası Komissarı Erika MakEntarferi vəzifədən azad edib.
"Cebheinfo.az" xəbər verir ki, vəzifədən azad edilmənin səbəbi Erika MakEntarferin işini düzgün yerinə yetirməməsi deyil, işsizlik göstəricilərini yüksək göstərməsi olub.
Tramp bu barədə belə deyib:
“Əla gedirik, işsizlik göstəriciləri bu qədər pis ola bilməz. Ona görə də onu işdən çıxardım”.
Erika MakEntarfer Trampın sələfi olan prezident Co Bayden tərəfindən təyin olunmuşdu.
Tramp açıqlamasında “Onun yerinə daha bacarıqlı və keyfiyyətli biri gələcək. Bu qədər önəmli göstəricilər ədalətli və doğru olmalıdır. Siyasi məqsədlərlə təhrif edilə bilməz”, - deyə bildirib.
Eyni zamanda Tramp heç bir sübut təqdim etmədən Erika MakEntarferin rəqəmlərlə manipulyasiya etdiyini iddia edib.