Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxeloji qazıntılar zamanı Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri — saxsı qablar, daşdan hazırlanmış, əsasən əkinçilikdə istifadə olunan əmək alətləri, obsidian, həmçinin çaxmaqdaşından hazırlanmış kəsicilər və insan skeletləri aşkar edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, dosent Müzəffər Hüseynov bildirib.
"Cebheinfo.az"