AZ

Aİ-də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Bakı. Trend:

Avropa İttifaqında (Aİ) süni intellekt üzrə şəffaflıq tələbləriqüvvəyə minib.

Trend DWtelekanalına istinadən xəbər verir ki, avqustun 2-də, şənbə günüAvropa İttifaqında ümumi təyinatlı süni intellektə (AI) dair yenişəffaflıq tələbləri qüvvəyə minib.

Bu, mətn və ya şəkillər yaratmaq, həmçinin proqramlaşdırmaq üçünistifadə oluna bilən ChatGPT və Gemini kimi çatbotlara aiddir.

Yeni qaydalar süni intellekt tərtibatçılarından modellərininnecə işlədiyini öyrətmək üçün istifadə olunan məlumatlarıaçıqlamağı tələb edir. Görülən təhlükəsizlik tədbirlərinisənədləşdirmək məqsədilə ictimaiyyət üçün potensial risk mənbələrihesab edilən ən qabaqcıl modellərə nəzarət də tələb olunur.Yeniliklər, digər məsələlərlə yanaşı, əqli mülkiyyətin vəmüəlliflərin, məzmun sahiblərinin hüquqlarının qorunmasınayönəlib.

Fiziki şəxslər bu cür pozuntulara görə süni intellektşirkətlərini məhkəməyə verə bilərlər. Avropa Süni İntellekt İdarəsi2026-cı ilin avqustundan yeni modelləri və 2025-ci il avqustun2-dən əvvəl buraxılan tətbiqləri 2027-ci ilin avqustundan sonranəzərdən keçirməyə başlayacaq. Mütəxəssislər hesablayıblar ki,tətbiq edilən mümkün cərimələrin məbləği 17,1 milyon ABŞ dollarına(təxminən AI xidmətləri bazarının 14 faizi) çata bilər.

Dünyada süni intellektlə bağlı ilk beynəlxalq qanun AvropaParlamenti tərəfindən martın 13-də, Aİ-yə üzv ölkələrin müvafiqnazirləri tərəfindən isə 2024-cü il mayın 21-də təsdiq edilib. Qeydedilib ki, yeni tənzimləmənin məqsədi “fundamental hüquqları,demokratiyanı, qanunun aliliyini və ekoloji davamlılığı yüksəkriskli süni intellektdən qorumaqdır”.

Fevralın 2-də keçid dövründən sonra Avropa İttifaqında süniintellektdən istifadə ilə bağlı ilk qaydalar qüvvəyə minib.Xüsusən, Aİ vətəndaşlarının sosial reytinqini yaratmaq üçün süniintellektdən istifadə etmək qadağan edilib (belə texnologiya artıqÇində tətbiq olunur). Aİ, həmçinin iş yerində və ya təhsilmüəssisələrində emosiyaların tanınmasına icazə vermir.

Bundan əlavə, Aİ süni intellektin köməyi ilə insan davranışınınmanipulyasiyasını və fərdlərin və ya sosial qruplarınzəifliklərinin istismarını qadağan edir. Buraya, məsələn, yaşlılarıaldatmaq üçün istifadə edilə bilən “robotik zənglər” daxildir.

Aİ ölkələrində CCTV kameralarından istifadə etməklə ictimaiyerlərdə insanların üzlərinin süni intellekt vasitəsilə tanınmasıda prinsipcə qadağandır, lakin insan alveri və terrorizmlə bağlıcinayətlərin araşdırılması zamanı hüquq-mühafizə orqanları üçün buməsələdə istisna edilib.

Xatırladaq ki, Avropa Komissiyası süni intellekt“giqafabrikalarının” tikintisinə 20 milyard avro maliyyə vəsaitiayırıb.

Seçilən
16
5
az.trend.az

6Mənbələr