Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Bu barədə Ajans.az-a DSX-dan məlumat verilib. Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb. Onların 6-sı Azərbaycan, 3-ü Əlcəzair, 2-si Banqladeş, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i İran, 1-i İraq, 1-i Tacikistan, 1-i Hindistan, 1-i Sudan vətəndaşı olub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 11 nəfər saxlanılıb.