AZ

Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik - Suriyanın energetika naziri

Kilis. Trend:

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycanrespublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüstdəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Budəstək Suriyanın layiq olduğu mövqeyə – ölkələr arasında qabaqcılvə firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dostölkələrlə daha çox layihələrə ümid edirik.

Trend-inTürkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanınenergetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz borukəmərinin açılış mərasimində çıxışı zamanı deyib.

O, əvvəlcə Suriyanın iqtisadi durumu ilə bağlı təəssüratlarınıbölüşüb:

"Suriya xalqı uzun illərdir ağır, acılı, iztirablı illər yaşadı.Bu illər həyatın ən sadə tələblərinin belə olmadığı, əsasxidmətlərin, xüsusilə də enerji xidmətlərinin tamamilə yoxa çıxdığıdövrlər idi. Suriya xalqı uzun illər qaranlıq və zülmət içindəyaşadı, zavodlar dayandı, həyati obyektlər sıradan çıxdı, iqtisadifəaliyyət iflic oldu, infrastruktur məqsədli şəkildə dağıdıldı.

Bu, xalqımızın səbr və ucalıqla yaşadığı, sözlə ifadə ediləbilməyəcək qədər çətin bir dövr idi. Amma keçmiş rejimin qaranlığıçəkildikcə, azadlıq şəfəqləri doğduqca, xalqımız dağıntılaraltından qalxaraq yeni bir başlanğıca ümidlə baxmağa başladı vəlayiq olduğu ləyaqətli həyata qovuşmaq arzusu ilə yaşamağabaşladı.

Biz ilk gündən rejimin dağıtdıqlarını bərpa etməyə qərarlı olduqvə gecə-gündüz yorulmadan enerji istehsalı və ötürməstansiyalarını, xüsusilə də elektrik, neft və qazın ötürülməsisahələrini yenidən bərpa etməyə başladıq".

Nazir vurğulayıb ki, bu gün isə fəxrlə və qürurla SuriyanıTürkiyə ilə birləşdirən regional qaz boru kəmərinin açılışı qeydedilir:

"Bu xətt bizə gündəlik 6 milyon kubmetr qaz idxal etməyə imkanverəcək. Bu, dost və qardaş regional ölkələrlə əməkdaşlıq vəkoordinasiya çərçivəsində baş verir. İlk mərhələdə biz gündəlik 3,4milyon kubmetr qaz idxal edəcəyik, bu qaz Azərbaycan vasitəsiləTürkiyədən gələcək, və bu da Qətər dövləti tərəfindən göstərilənsəxavətli yardım çərçivəsində baş tutacaq. Bu qaz həcmi bizə,Allahın izni ilə təxminən 750 meqavatlıq enerji istehsalınıartırmağa imkan verəcək. Bu isə elektrik təchizatınınyaxşılaşdırılmasına və gündəlik əlavə 4 saatlıq elektrikverilməsinə səbəb olacaq.

Bu da öz növbəsində inkişafı sürətləndirəcək, sənayeni vəiqtisadiyyatı canlandıracaq və məcburi köçkünlərin öz evlərinəqayıtmasına kömək edəcək.

Suriyanın bütün övladlarına bəyan edirəm ki, biz qarşıdakıgünlərdə də əlavə qaz alışı üçün çalışacağıq, məqsədimiz istehsalgücünü artırmaq və təqdim olunan xidmətlərin keyfiyyətini daha dayaxşılaşdırmaqdır. Bu da Energetika Nazirliyi tərəfindən həyatakeçiriləcək".

"Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycanrespublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüstdəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Budəstək Suriyanın layiq olduğu mövqeyə – ölkələr arasında qabaqcılvə firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dostölkələrlə daha çox layihələrə ümid edirik. Bu ölkələr Suriya iləçiyin-çiyinə dayanaraq, xüsusilə qarşıdakı dövrdə planlaşdırılanregional elektrik birləşmə xətti kimi layihələrdə iştirakedəcəklər. 400 kilovoltluq xətt layihəsi yaxın dövrdə icraediləcək. Həmçinin elektrik enerjisinin Reyhanlıdan İdlibinşimalına –Harim bölgəsinə qədər çatdırılmasına dair yeni bir xəttdə icra mərhələsindədir. Biz bu addımları ən qısa zamanda həyatakeçirməyə çalışırıq", - suriyalı nazir qeyd edib.

Seçilən
16
5
az.trend.az

6Mənbələr