AZ

Qrizmann bir ay əvvəl müqavilə yenilədiyi Atletiko nu tərk edir

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunda "Atletiko Madrid" ilə müqaviləsini yeniləyən fransalı ulduz hücumçusu Antuan Qrizmann İspaniyadan ayrıla bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı hücumçu Səudiyyə Ərəbistanına keçməyə yaxındır. Onu hazırda "Əl-Hilal" klubuna rəhbərlik edən italiyalı mütəxəssis Simone İnzaqi komandasına qatmaqda maraqlıdır. Ərəblər Qrizmannın transferi üçün İspaniya nəhənginə 20 milyon avro ödəməyə hazırdır. 

"Transfermarkt" fransız futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Qrizmann geridə qalan mövsümdə "Atletiko" forması ilə 53 matça çıxaraq 16 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
fanat.az

1Mənbələr