AZ

KİV: Trampın tarif təhdidinə baxmayaraq Hindistan Rusiyadan neft idxalını davam etdirir

ABŞ Prezidenti Donald Trampın gömrük tarifinin yüksəldiləcəyi ilə bağlı təhdidinə baxmayaraq, Hindistan Rusiyadan neft icxalını davam etdirəcək.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times”-ə Hindistanın iki yüksək vəzifəli şəxsi bildirib.

Qeyd edilib ki, hökumət yerli neft şirkətlərinə Rusiyadan neftin idxalını dayandırmaqla bağlı hər hansı göstəriş verməyib.

Xatırladaq ki, avqustun 1-də Hindistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Jasival da rəsmi Dehlinin Rusiya neftinin idxalı ilə bağlı siyasətinin dəyişməyəcəyini bəyan edib.

Seçilən
10
3
apa.az

4Mənbələr