AZ

Günəşdə çoxsaylı partlayışlar olub (VİDEO)

Bakı. Trend:

Son bir neçə gün ərzində Günəşdə 10-dan çox partlayış qeydəalınıb.

Trend xəbər verirki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş-Yer fizikikasıinstitutu və Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, GOES rentgen monitorları vasitəsilə avqustun 1-də15 günəş partlayışı qeydə alınıb, bir gün əvvəl isə onların sayıaltı olub.

Rusiya Elmlər Akademiyasının laboratoriyasının məlumatına görə,partlayışların böyük hissəsi “4167 saylı yeni aktiv sahədə yaranıb,burada onunla birlikdə əmələ gəlmiş enerji sərf olunub”, qalanlarıisə Günəşin diskində nisbətən bərabər şəkildə səpələnib.

Alimlərin qiymətləndirməsinə görə, hazırda “partlayış aktivliyisabitləşmə əlamətləri göstərir”, bundan əlavə, günəş ləkələrininartımı da dayanıb.

Məqalədə:
Seçilən
22
7
az.trend.az

9Mənbələr