Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, həmin gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək.
Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. Püşkatmada Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan” – “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq. “Sabah” mərhələ adlaya bilsə, “böyük beşlik” ölkəlrinin komandalarından biri ilə də qarşılaşa bilər.
“Araz-Naxçıvan”ın mümkün rəqibləri aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:
“Larn” (Şimali İrlandiya) – “Santa Klara” (Portuqaliya)
“Lozanna Sport” (İsveçrə) – “Astana” (Qazaxıstan)
“Klaksvik” (Farer adaları) – “Neman” (Belarus)
“Vikinqur” (İslandiya) – “Brondby” (Danimarka)
“Hayduk” (Xorvatiya) – “Dinamo Siti” (Albaniya)
“Riqa” (Latviya) – “Beitar” (İsrail)
“Aris” (Kipr) – AEK (Yunanıstan)
“Banik” (Çexiya) – “Austria” (Avstriya)
“Universitatya Krayova” (Rumıniya) – “Spartak Trnava” (Slovakiya)
“Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç)
AİK (İsveç) – “Dyor” (Macarıstan)
“Kauno Jalgiris” (Litva) – “Arda” (Bolqarıstan)
“Polesye” (Ukrayna) – “Pakş” (Macarıstan)
Həmçinin Avropa Liqasının 3-cü təsnifat mərhələsində məğlub olacaq bu cütlərin uduzan komandaları da mümkün rəqib ola bilər:
“Servette” (İsveçrə) – “Utrext” (Niderland)
PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya)
“Fredrikstad” (Norveç) – “Midtyulland” (Danimarka)
AEK (Kipr) – “Legiya” (Polşa)
“Hekken” (İsveç) – “Brann” (Norveç)
“Sabah”ın mümkün rəqibləri:
“Fiorentina” (İtaliya)
“Kristal Pelas” (İngiltərə)
“Rayo Valyekano” (İspaniya)
“Mainz 05” (Almaniya)
“Strasburq” (Fransa)
Həmçinin aşağıdakı cütlərin qalibləri:
“AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn)
“Rapid” (Avstriya) – “Dandi Yunayted” (Şotlandiya)
“Anderlext” (Belçika) – “Şerif” (Moldova)
“Vikinq” (Norveç) – “Başakşəhər” (Türkiyə)
“Partizan” (Serbiya) – “Hibernian” (Şotlandiya)
“Rakuv” (Polşa) – “Makkabi Hayfa” (İsrail)
“Balkani” (Kosovo) – “Shamrock Rovers” (İrlandiya)
“St. Patricks” (İrlandiya) – “Beşiktaş” (Türkiyə)
“Silkeborg” (Danimarka) – “Yagelloniya” (Polşa)
Bundan əlavə, Avropa Liqasının 3-cü mərhələsində uduzan bu cütlərin məğlub tərəfləri də rəqib ola bilər:
“Panatinaikos” (Yunanıstan) – “Şaxtyor” (Ukrayna)
“CFR Kluj (Rumıniya) – “Braqa” (Portuqaliya)
Püşkatma avqustun 4-də saat 16:00-da başlanacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.