AZ

Gürcüstanda ABŞ-ın iki əsgəri yaralandı

Gürcüstanda təlimlər zamanı iki amerikalı əsgər yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
Publika.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, faktı ölkənin Müdafiə Nazirliyi təsdiqləyib.
 
Hadisə dünən, avqustun 1-də Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində baş verib. Mövcud məlumata görə, hərbçilərin olduğu avtomobil aşıb.
 
Zərərçəkənlər Tbilisinin “Mediclub” klinikasına aparılıb. Orada jurnalistlərə bildiriblər ki, əsgərlərin ciddi xəsarətləri və həyatları üçün təhlükə yoxdur.
 
Krtsanisi poliqonunda hazırda çoxmillətli “Agile Spirit” hərbi təlimi keçirilir. Gürcü və Amerika əsgərləri ilə yanaşı, NATO-ya üzv və tərəfdaş olan doqquz ölkənin əsgərləri də iştirak edir.
 
Təlimlərin məqsədi döyüş hazırlığının artırılması, iştirakçı ölkələrin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin və əməliyyat imkanlarının təkmilləşdirilməsidir.
Seçilən
24
1
moderator.az

10Mənbələr