"Yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər"...
"Report"a istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.
Söz verildiyi kimi, bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan Suriyanın energetika naziri bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi onlar üçün böyük xoşbəxtlikdir.
Məhəmməd Əl Bəşir Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.
Poliqon.info