AZ

Kraliçanın nəvəsi tibb bacısı ilə evlənir

ain.az bildirir, Axsham.az portalına istinadən.

Mərhum Kraliça II Elizabetin böyük nəvəsi və şahzadə Annanın oğlu Piter Fillips ailə qurur.

Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası xəbər yayıb. Bildirilib ki, o, Milli Səhiyyə Xidmətinin tibb işçisi Harriet Sperlinqlə nişanlanıb. Onlar nişanlandıqlarını rəsmən elan ediblər. 

Cütlük kral ailəsini artıq planları barədə məlumatlandırdıqları haqda bəyanat yayıb.

Fillips və Sperlinq təxminən bir ildir ki, görüşür. Onlar ilk dəfə 2024-cü ilin mayında Badminton At Sınaqlarında ictimaiyyət qarşısına çıxıblar. O vaxtdan bəri Harriet onu bir sıra kral tədbirlərində, o cümlədən Royal Ascot və Wimbledon da müşayiət edib. 

Kraliçanın nəvəsi daha əvvəl kanadalı Autumn Kelly ilə evli olub. 2008-ci ildə evlənən cütlüyün Savanna və İsla adlı iki qızı var. 2020-ci ildə cütlük 12 illik evlilikdən sonra boşandıqlarını açıqlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
axsam.az

1Mənbələr