AZ

Rusiyada faşizm sürətlə yayılır: Şagirdləri də miqrantlara qarşı qaldırırlar

Rusiya Dövlət Dumasının üzvü Slutskinin yeni təklifini Rusiyada faşizmin sürətlə yayılmasının göstəricisi hesab etmək olar.

Publika.az xəbər verir ki, Sulitski şagirdləri miqrant uşaqların məktəblərdə törətdikləri hərəkətləri gizlətməməyə çağırıb.

Siyasətçi hesab edir ki, təhsil müəssisələrinin rəhbərləri üçün bu cür hadisələrin aşkarlanması ilə bağlı tədbir görülməsi prosedurunu təfərrüatlandıran xüsusi təlimatlar hazırlamaq lazımdır.

Onun fikrincə, bu tövsiyələrdə miqrasiya statusu olan şagirdlər tərəfindən törədilən cinayətlər aşkar edildikdə direktorların atmalı olduğu addımlar aydın şəkildə müəyyən edilməlidir.

Deputat hesab edir ki, şagirdlər miqrant uşaqların hərəkətləri ilə bağlı dərhal xəbərçilik etməlidirlər.

Seçilən
24
publika.az

1Mənbələr