AZ

Hindistanın baş naziri Pakistanı hədələdi

Pakistandan Hindistana qarşı hər hansı yeni hücumu olarsa, buna "BrahMos" raketləri ilə sərt cavab veriləcək.

Olaylar.az Teleqraf-istinadla xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi bildirib.

O qeyd edib ki, Hindistanın "Sindur" əməliyyatı zamanı istifadə etdiyi hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatları ölkənin hərbi gücünün və özünütəminat siyasətinin uğurunu göstərib.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.

Hindistan Pakistana qarşı hava kampaniyasını "Sindur" əməliyyatı adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
9
olaylar.az

10Mənbələr