İtaliyanın “Roma” klubu yeni transferini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, klub “Verona”nın müdafiəçisi Daniele Gilardinin transferini tamamlayıb.
“Roma” Gilardi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.