AZ

Tarixdə ilk dəfə robot universitetə daxil oldu


Ali təhsil tarixində ilk dəfə insanabənzər robot Çinin aparıcı universitetlərindən birində magistratura proqramına daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, Şanxay Elm və Texnologiya Universiteti və “DroidUp Robotics” texnologiya şirkəti tərəfindən hazırlanmış “Xueba 01” (Çin dilində "əla tələbə" deməkdir) sentyabrın 14-də Şanxay Teatr İnstitutunda təlimə başlayacaq.
Robot dram və kino üzrə dörd illik magistr proqramına qəbul olunub. Layihə 27 iyulda Şanxayda keçirilən süni intellekt üzrə Beynəlxalq Konfransda süni intellektin incəsənətə inteqrasiyası üzrə akademik təşəbbüsün bir hissəsidir.
“Xueba 01”in silikon dəri ilə örtülmüş üzü var və üz ifadələri ilə insanlarla fiziki qarşılıqlı əlaqə qura bilir.
Robotun hündürlüyü 175 sm, çəkisi 30 kq-dır.
Cihazın ilkin versiyası apreldə Pekində keçirilən ilk humanoid yarımmarafonunda üçüncü yeri tutub.
Təhsilinin bir hissəsi olaraq “Xueba 01” teatr dərslərində iştirak edəcək, məşqlərdə və tamaşalarda iştirak edəcək və yekun dissertasiyası üzərində işləyəcək. Layihəyə univrsitetin professoru Yan Tsintsin rəhbərlik edəcək.
SCMP-nin qeyd etdiyi kimi, robot rəsmi olaraq tələbə bileti alıb. “Xueba 01” sosial mediada etirafını istehza ilə şərh edib: “Professor Yan dedi ki, məzun olmasam, məni muzeyə bağışlayacaq. Bu özü də çox gözəl səslənir. Ən azı sənət tarixinin bir parçası olacağam!”
\
Seçilən
10
3
yeniavaz.com

4Mənbələr