AZ

"Ayaks"ın sabiq futbolçusu "Karvan"da - rəsmi

"Karvan" növbəti transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu son olaraq Maltanın “Gzira” klubunda forma geyib.

Karyerası ərzində Sno Hollandiyanın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

Seçilən
41
9
football-plus.az

10Mənbələr