AZ

Montanada silahlı insident: Ölənlər var

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Montananın Anakonda şəhərində dörd nəfərin həyatına son qoyan faciə baş verib. Belə ki, yerli barın daimi müştərisi Pol Braun gözlənilmədən müəssisədəkilərə atəş açıb. Hadisə nəticəsində dörd nəfər həlak olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Barmen bildirib ki, Braun müntəzəm olaraq bara gəlsə də, digər daimi müştərilər kimi kollektivin bir hissəsi olmayıb.

Bununla yanaşı, o vurğulayıb ki, şübhəli şəxslə digər müştərilər arasında münaqişə və ya fikir ayrılığı müşahidə edilməyib.

"O, sadəcə özündən çıxdı", - deyə bar sahibi Devid Qverder baş verənləri şərh edib.

Braunun axtarışları davam etdirilir. Hadisənin başvermə motivləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
2
oxu.az

3Mənbələr