AZ

Azərbaycan klubu "Ayaks"ın sabiq müdafiəçisini transfer etdi

"Karvan" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib. Karyerası ərzində Sno Hollandiyanın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv, Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.

"Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu“Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya), Elvin Yunuszadə ("Qəbələ"), Vadim Abdullayev (son klubu "Araz-Naxçıvan"), Samuel Durrant (son klubu “Connahs Quay”, Uels), Vüsal Məsimov ("Şamaxı") və Moise Ngwisani (son klubu “Wiltz71”, Lüksemburq) ilə müqavilə bağlayıb.

Seçilən
51
2
sportinfo.az

10Mənbələr