Almaniyada son illərdə sistemli şəkildə artan ailədaxili zorakılıq ötən il rekord səviyyəyə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, həftəlik “Bild am Sonntag” qəzetinin Federal Cinayət İdarəsinin məlumatlarına əsaslanaraq yaydığı xəbərə görə, Almaniyada ötən il ərzində həyat yoldaşı, partnyor, keçmiş həyat yoldaşı və keçmiş partnyorlar, eləcə də yaxın qohumlar tərəfindən ümumilikdə 256 942 zorakılıq hadisəsi baş verib.
Bu rəqəmin əvvəlki illə müqayisədə 3,7 faiz artım demək olduğu qeyd edilir.
Həmçinin son 5 ildə ailədaxili zorakılıq hallarının ümumilikdə 14 faiz artdığı vurğulanıb.
Zorakılıq hadisələrinin 171 069-unun həyat yoldaşı və ya partnyor tərəfindən törədildiyi müəyyən edilib.