Hindistan Rusiya neftini almağa davam edir - KİV
Ajans.az Trend-ə istinadən xəbər verir ki, Hindistan hökuməti Rusiyadan neft alışını dayandırmaq üçün heç bir göstəriş verməyib. Bu barədə hökumətdəki mənbə bildirib. Həmçinin, başqa mənbələrdən neft idxalına dair göstəriş olmayıb.