AZ

Çin bu “silahla” hücuma keçib: Avropa böyük ziyanda Azərbaycanda nə baş verir?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda avtomobil bazarı durğunluq yaşayır. Xüsusilə ikinci əl maşınlara maraq xeyli azalıb. Vaxtilə on minlərlə dollar verilib alınan lüks avtomobilləri, məsələn, “Mercedes-Benz” markasını indi sahibləri yarı qiymətə belə sata bilmirlər. Alıcıların diqqəti daha çox yeni, texnoloji üstünlüyü və münasib qiyməti olan Çin avtomobillərinə yönəlib. Bu tendensiya təkcə Azərbaycanda yox, qlobal bazarda da müşahidə olunur. “Mercedes-Benz”in gəlirləri 56 faiz azalıb, şirkət isə 2027-ci ilə qədər kütləvi ixtisarlar planlaşdırır.

Bəs vəziyyət hara gedir? “Mercedes” kimi lüks markaların taleyi necə olacaq? Bu maşınların sahibləri nə etməlidirlər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Çin istehsalı avtomobillər hazırda əsasən postsovet ölkələrində daha çox satılır. Onun sözlərinə görə, bu tendensiya gözlənilən idi:

“Postsovet məkanında uzun illər Rusiya istehsalı avtomobillər populyar idi. Xüsusilə Azərbaycanda ən çox istismar olunan nəqliyyat vasitələri məhz Rusiya avtomobilləri olub. Lakin Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu ölkənin avtomobil sənayesi çökdü və ciddi böhran yaşandı. Bunun nəticəsində Çin istehsalçıları həmin boşluğu doldurmağa başladı və Rusiya avtomobillərinin ixrac etdiyi bazarlara çıxış əldə etdilər. Bu, əvvəlcədən proqnozlaşdırılırdı”.

Ekspert ikinci əl avtomobil bazarındakı durğunluğa da toxunub.

O bildirib ki, bazarda fəallığın azalması həm də mövsümi xarakter daşıyır:

Həmçinin oxuyun:

Bu maşınların qiyməti kəskin ucuzlaşdı – bazarda “partlayış” gözlənir

Eldəniz Cəfərov

“İlin bu dövründə, xüsusilə yay aylarında avtomobil alqı-satqısında durğunluq müşahidə olunur. Bu tendensiya Azərbaycanda hər il təkrarlanır. Adətən, sentyabrın ortalarından etibarən bazar canlanmağa başlayır”.

E.Cəfərov qeyd edib ki, Çindən ölkəmizə iki tip avtomobil gətirilir – biri istehsalçının zəmanəti və Azərbaycanda rəsmi nümayəndəliyi olan avtomobillər, digəri isə zəmanətsiz və rəsmi nümayəndəliyi olmayan modellər:

“Əsas məsələ avtomobilin harada istehsal olunması deyil, onun təhlükəsizlik və keyfiyyət tələblərinə nə dərəcədə cavab verməsidir. Həmçinin, həmin avtomobil hansı bazar üçün nəzərdə tutulub – bu da vacib faktordur”.

Avropa avtomobil sənayesinin gələcəyinə dair danışan ekspert bildirib ki, bu barədə dəqiq proqnoz vermək çətindir:

“Məsələn, “Mercedes” kimi böyük markaların gələcək taleyini bu gündən müəyyənləşdirmək mümkün deyil. Çünki bu məsələ birbaşa Avropa İttifaqında baş verən iqtisadi proseslərdən asılıdır. Rüsumlar, işçi qüvvəsi və digər faktorlar da bu sənayeyə təsir edir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
globalinfo.az

2Mənbələr