AZ

Qırmızıdan keçən maşın yolayrıcında yük avtomobili ilə toqquşdu; 1 ölü, 3 yaralı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İşıqforun qırmızı işığından keçən gənclər ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Altay bölgəsində içərisində 4 gəncin olduğu minik avtomobili yüksək sürətlə işıqforun qırımızı işığından keçib və eyni anda yol kəsişməsinə daxil olan yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili piyada səkisinə düşüb. 

Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər isə ağır xəsarətlər alıb. Vəziyyətləri ağır olan yaralılar  reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr