Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo Berlin” bu tur evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.
"Dinamo" matçdan 2:3 hesabı ilə məğlub ayrılıb.
Rüfət də görüşün iştirakçısı olub. 34 yaşlı forvard start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Dinamo" ilk turda da xal qazana bilməmişdi.