AZ

Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq

Bu gün start verilən Suriyaya Azərbaycan qazının ixracı layihəsi əslində bir elektrik enerjisi layihəsidir.Metbuat.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanması ilə bağlı tədbir çərçivəsində “Haber Global”a açıqlamasında deyib. Nazir bildirib ki, Türkiyə-Suriya Qaz Boru Xətti ilə nəql edilən təbii qaz Hələbdəki elektrik stansiyalarında enerjiyə çevriləcək: “Bu qazla Hələbdə yerləşən elektrik stansiyalarında təxminən 5 milyon evin enerji ehtiyacını qarşılayacaq qədər elektrik enerjisi istehsal ediləcək. Bu səbəbdən bu mühüm enerji təminatı layihəsidir. Onu çox qısa müddətdə həyata keçirdik”.

A.Bayraktar əlavə edib ki, bu boru xətti Suriyada həyatın normallaşması üçün olduqca vacib rol oynayır.

Seçilən
20
3
metbuat.az

5Mənbələr