ain.az bildirir, News24 portalına istinadən.
Bolqarıstanın Kapitan Andreevo sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyən bir avtomobildə külli miqdarda nağd pul və qızıl aşkar edilib. 29 iyul 2025-ci il tarixində həyata keçirilən gömrük yoxlamaları zamanı iki sürücü və bir sərnişin saxlanılıb.
News24.az xəbər verir ki, arxa oturacaqda yerləşən qara çantadan 740 min ABŞ dolları və 30 min avro, sürücülərdən birinin çiyin çantasından isə 1 kiloqramdan artıq qızıl (1.288 qram) çıxıb. Aşkarlanmış qızılların 672,4 qramı 24 ayar külçə və qızıl hissələr, qalanı isə 14 ayar zinət əşyaları olub. Ümumilikdə aşkarlanan sərvətin dəyəri 761 min avro (təxminən 1,49 milyon Bolqarıstan levası) olaraq açıqlanıb.
Bolqarıstan Gömrük İdarəsi bütün pul və qızıllara əl qoyub. Haskovo Regional Prokurorluğunun nəzarəti ilə cinayət işi üzrə ilkin istintaq başladılıb. Zinət əşyalarına dair ayrıca inzibati prosedur da həyata keçirilir. Hadisənin bütün detalları araşdırılır.
Xeyrənsə Piriyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.