AZ

Vətəndaşlar üçün güzəşt: Su borcunu belə ödəyə biləcəklər

Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər.

Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır. “Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.

Bəs digər kommunal ödənişlər üçün də bu güzəşt tətbiq edilə bilərmi?

Digər qurumların cavabları

“Azərişıq” ASC-dən sualımıza cavab olaraq bildirildi ki, qurumun külli miqdarda borcu olan problemli abonentləri yoxdur: “Çünki bizdə sayğaclar əsasən smart tiplidir. Vətəndaş nə qədər ödəniş edirsə, o qədər də işıq sərf edir. O səbəbdən bu sistem bizdə tətbiq edilməyəcək”.

"Azəriqaz" İB-dən verilən məlumata görə, onlarda da vətəndaşlar üçün müəyyən güzəştlər mövcuddur: “Borclu olan vətəndaşın debitor borcu sistemə düşür. Abonentlərə debitor borca görə 30 gün zaman veririk. Hətta bir ay keçəndən sonra da qaz kəsilmir. Bir neçə gün də əlavə güzəşt edilir. Çünki ola bilər ki, vətəndaş evdə yoxdur, yaxud borcunu hələ verə bilmir. Amma sonra məcburi qaydada Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq abonentə verilən qazın verilişi dayandırılır”.

Bəs hissəli ödənişin vətəndaşlar üçün müsbət və mənfi cəhətləri nələrdir?

Seçilən
3
1
publika.az

10Mənbələr