ABŞ-nin Virciniya ştatında “Fair Oaks” Ticarət Mərkəzində uşaq oğurluğuna cəhd baş verib.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, ailəsinin diqqətindən bir neçə dəqiqəlik yayınan 3 yaşlı uşaq qaçırılıb.
Təhlükəsizlik kamerası görüntülərində 26 yaşlı Andres Kesirs Caldinin azyaşlını izlədiyi daha sonra isə qucağına alaraq sürətlə uzaqlaşdığı görülüb.
Mağazanın ikinci mərtəbəsində qızını şübhəlinin qucağında görən ana cəld müdaxilə edərək övladını geri alıb.
Şübhəli uşağı anasına qaytarsa da, təmir sexindən oğurladığı avtomobillə ticarət mərkəzindən qaçıb.
Polis təhlükəsizlik kamerasının görüntülərini nəzərdən keçirərək Caldini izləyib və onu hoteldə yaxalayıb.
Saxlanılan şəxs uşaq və avtomobil oğurluğu ittihamları ilə təcridxanaya yerləşdirilib.
Məhkəmə qeydləri Caldinin keçmişdə anasına, atasına və qardaşına qarşı zorakılıq hadisələri törətdiyini və hətta 2024-cü ildə dəfələrlə ittiham olunduğunu üzə çıxarıb.
Şizofreniya diaqnozu qoydulduğuna görə, Caldinə qarşı əvvəlki ittihamların ləğv edildiyi məlum olub.
Billurə Yunus