Müəllimlərin işə qəbulu üzrə “Texnologiya” fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir.
Tribunainfo.az “Xəzər TV”yə istinadla xəbər verir ki, bu şikayətlə bir qrup müəllim müraciət edib. Onlar iddia edirlər ki, builki imtahanlarda “Texnologiya” fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək, müvafiq nəticəni göstərən müəllimlər arsında narazılığa səbəb olub.
Onlar iddia edirlər ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.
Səsləndirilən iddialara Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən mövqe bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta