AZ

HƏMAS silahını yerə qoymayacaq

BAKI, TurkicWorld

HƏMAS, İsrailin Qəzza zolağına hücumları davam etdiyi və Fələstin xalqının hüquqları tam şəkildə bərpa olunmadığı müddətcə silahı yerə qoymayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalında yayımladığı bəyanatda deyilir. Bəyanat, bəzi KİV-lərdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun HƏMAS-ın silahı yerə qoymağa hazır olduğuna dair verdiyi açıqlamaların əks olunduğu xəbərlərə cavab olaraq yayımlanıb.

“Biz bir daha bəyan edirik ki, müqavimət işğal davam etdiyi müddətcə milli və qanuni bir hüquqdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalarla tanınır və ondan yalnız milli hüquqlarımız – ilk növbədə paytaxtı Şərqi Qüds olan tam suveren, müstəqil Fələstin dövləti qurulduqdan sonra imtina edilə bilər” - deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, iyulun 27-də HƏMAS lideri Xəlil əl-Həyyə, Qəzzanın blokadası davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Bu qərar HƏMAS-ın atəşkəslə bağlı təklifə verdiyi cavabdan sonra qəbul edilib.

Stiven Uitkoff isə "X" sosial şəbəkəsində yazıb ki, Vaşinqton da öz nümayəndələrini Dohadan geri çağırıb. O bildirib ki, HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə razı olmadığını açıq şəkildə ortaya qoyur.

Seçilən
17
15
turkic.world

10Mənbələr