AZ

HƏMAS İsrail işğalı davam etdiyi müddətdə silahı yerə qoymayacağını bəyan etdi

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstinin HƏMAS hərəkatı, İsrail işğalı davam etdiyi və Fələstin xalqının hüquqları tam bərpa olunmadığı müddətdə silahsızlaşmaya getməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın rəsmi “Telegram” kanalında dərc edilmiş bəyanatda deyilir.

"Biz bir daha bəyan edirik ki, müqavimət və onun silahı işğal davam etdiyi müddətdə milli və qanuni hüquqdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalarla tanınır. Milli hüquqlarımız, ilk növbədə paytaxtı Şərqi Qüds olan tam suveren, müstəqil Fələstin dövlətinin yaradılması hüququ bərpa olunmayınca ondan imtina edilə bilməz", - mətndə vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
15
sherg.az

10Mənbələr