Almaniya Ukraynaya daha 2 ədəd uzaqmənzilli “Patriot” zenit-raket kompleksi verəcək.
News24.az axar.az -a istinadla xəbər verir ki, bu barədə məlumatı “Röyters” yayıb.
“Bu, Almaniyanın ABŞ-la razılaşmasından sonra mümkün oldu, Berlin bunun əvəzində ən yeni komplekslər alacaq. Yaxın günlərdə Bundesver Ukraynaya əlavə “Patriot” buraxılış sistemlərini, iki-üç aydan sonra isə sistemin əlavə komponentlərini təhvil verəcək”, - məlumatda deyilib.