AZ

"Barselona" Mark Kasado ilə vidalaşmaq istəyir

İspaniyanın "Barselona" klubu futbolçusu Mark Kasado ilə yollarını ayıra bilər.

“İki sahil” AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini satmağı düşünür.

Oyunçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.

İngiltərənin "Çelsi" klubu futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın heyətində 41 oyuna 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Seçilən
12
7
ikisahil.az

10Mənbələr