İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda fəaliyyət göstərən Fələstinin radikal HƏMAS hərəkatının "Xan Yunis" batalyonunun məhv edildiyini açıqlayıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, ordunun Mətbuat Xidmətinin məlumatına görə, bu bölmənin sonuncu üzvləri avqustun 2-də İsrail hərbçilərinə təslim olublar.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Fələstin anklavının şimal və cənub bölgələrində hərbi əməliyyatların başladığını elan edib. Məqsəd HƏMAS-ın tam məğlubiyyəti və Qəzzada saxlanılan bütün israilli girovların azad edilməsidir.
"Cebheinfo.az"