AZ

UEFA "Sabah"ın rəqibini cərimələyib

UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib.

İdman.biz xəbər verir ki, sofiyalılar Avropa Liqasının I təsnifat mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçirdiyi ilk oyunda (0:0) baş verənlərə görə ziyana düşüb.

"Levski" ictimai keçidlərin bağlanması ucbatından 14000 avro cərimələnib. Bundan başqa, Sofiya klubunun azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 avro cərimələnib.

Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.

İdman.biz

Seçilən
11
9
idman.biz

10Mənbələr