AZ

Kəpəz klubunun aşağı yaş qrupları üzrə məşqçiləri rəhbərliyi boykot ediblər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kəpəz" klubunun veteranlarının və yerli azarkeşlərin təzyiqlərinin ardından Gəncə təmsilçisinin akademiyasının məşqçiləri hərəkətə keçiblər.

Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, klubun aşağı yaş qrupları üzrə komandalarının məşqçiləri rəhbərliyi boykot ediblər.

Səbəb son görüş zamanı rəhbərliyin məşqçilərə 12 yox, 11 ay maaş veriləcəyini açıqlaması və bunu qəbul etməyən mütəxəssislərə qapını göstərməyə hazır olduqlarını söyləməsidir.

Xatırladaq ki, "Kəpəz" ötən mövsümün sonunda gözlənilmədən baş məşqçi Azər Bağırovla yollarını ayırıb. Onun yerini Adil Şükürov tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
8
oxu.az

9Mənbələr