Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski yenidən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.
Bildirilib ki, Ş. Şıxlinski Moskvadan Yekaterinburqa aparılıb.
Mənbənin sözlərinə görə, o, hazırda istintaq prosesində iştirak edir.
Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.