AZ

Tramp Rusiyaya yenidən sanksiyalarla hədələdi

Tramp Rusiyaya yenidən sanksiyalarla hədələyib.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasında irəliləyiş əldə olunmazsa, yeni sanksiyalar tətbiq ediləcəyi ilə təhdid edib.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Trampın sözlərinə görə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında o, müharibənin dəhşətli olduğunu və tezliklə başa çatmalı olduğunu bildirib: "Düşünürdüm ki, biz bu barədə üç dəfə razılaşmışıq. Ola bilsin, o, hər şeyi öz üzərinə götürmək istəyir. Məncə, bu, onun üçün çox çətin olacaq".

ABŞ Prezidenti əlavə edib ki, münaqişə davam edəcəyi təqdirdə, Ağ Ev Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni mümkün planı barədə məlumat yayılıb. Belə ki, Ağ Ev Rusiya ilə nadir torpaq elementləri üzrə sərfəli razılaşma bağlamağı və bunu Ukraynada müharibənin dayandırılması ilə əlaqələndirməyi planlaşdırır. Bu addım ABŞ-ın Çin resurslarından asılılığını azaltmağa yönəlib.

Milli.Az

Seçilən
85
50
milli.az

10Mənbələr