AZ

Biləsuvarda minik maşını 21 yaşlı piyadanı vuraraq öldürüb

Biləsuvarda baş verən qəzada 21 yaşlı piyada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

Təmkin Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən 2004-cü il təvəllüdlü Aysun Abbaslını vurub.

A.Abbaslı aldığı xəsarətlərdən ölüb.

Seçilən
9
3
demokrat.az

10Mənbələr