İsrail və Birləşmiş Ştatlar HƏMAS-a qarşı birgə ultimatum hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, ultimatum üç əsas tələbi əhatə edir: Qəzza sektorunun silahsızlaşdırılması, bütün girovların azad edilməsi və ABŞ-ın rəhbərliyi altında Qəzzada müvəqqəti administrasiyanın yaradılmasına razılıq verilməsi.
Əgər HƏMAS bu şərtləri yerinə yetirməkdən imtina edərsə, İsrail qruplaşmanı tamamilə məhv etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlamaq niyyətindədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta