AZ

40 yaşlı kişi sualtı mağarada itkin düşdü, 5 gün sonra tapıldı

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Çində 40 yaşlı kişi suya daldıqdan sonra sualtı mağarada itkin düşüb və 5 gün sonra sağ tapılıb.

AzPost xarici KİV-ə istinadən xəbər verir ki, kişi çaya baş vurduqdan sonra suyun üzünə qayıtmayıb. Axtarış-xilasetmə qrupları günlərlə sualtı mağaralarda onu axtarıb, yalnız uzaqdan gələn zəif səsləri eşidiblər. Nəhayət, dalğıc yalnız 4% oksigen ehtiyatı ilə tapılaraq sudan çıxarılıb.

Məlum olub ki, o, təxminən 9 metr dərinlikdəki mağaraya girərək orada yolunu azıb. Kişi yalnız hava cibi (hava boşluğu) və çiy balıq sayəsində sağ qala bilib. Hadisədən sonra səhhəti yaxşı qiymətləndirilib.

Dalğıcın dediyinə görə, tək istəyi siqaret çəkmək olub.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azpost.info

2Mənbələr