AZ

“Zenit”də yetişdi, I Liqada çıxış etdi, Premyer Liqaya gəldi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Bilal İsmayılovu heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

İsmayılov sonuncu dəfə I Liqa təmsilçisi "Cəbrayıl"da forma geyinib. O, futbola Rusiyada "Zenit"in uşaq komandalarında başlayıb.

Sonradan Sankt Peterburqun "Zvezda", "Qəbələ"nin U-19 və əvəzedici kollektivlərində çıxış edib.

"Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique(son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinarionu (“Uniao Santarem”, Portuqaliya) transfer edib.

Seçilən
10
2
sportinfo.az

3Mənbələr