AZ

Kredit kartlarına limit qoyulur: yeni mexanizm nəyi dəyişəcək?

Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadəsi ilə bağlı yeni limitlər tətbiq edilir.

Bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq.

Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 misli çoxdursa, bu zaman bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.

Seçilən
3
13
publika.az

10Mənbələr