“Nyu-York” klubunun hücumçusu Mikal Brijes komandası ilə yeni müqavilə imzalamağa razılaşıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 28 yaşlı amerikalı basketbolçu ilə 4 illik yeni sözləşmə imzalanacaq. Müqavilənin ümumi dəyəri 150 milyon dollar olacaq. Sazişdə transfer halında bonus və son mövsüm üçün oyunçunun şəxsi qərar vermə hüququ (player option) da yer alacaq.
Qeyd edək ki, Brijes ötən mövsümdə 82 oyunda iştirak edib və orta hesabla 17,6 xal, 3,7 məhsuldar ötürmə və 3,2 ribaundla yadda qalıb. O, həmçinin mövsüm ərzində ən çox ümumi oyun vaxtı alan basketbolçu olub.(publika.az)