AZ

Ən tez xarab olan meyvələr

Qovun, portağal, manqo və badımcanları +10-dan +14 °C-ə qədər olan temperatur şəraitində təhlükəsiz saxlamaq olar, armud, ərik və alma isə istiyə məruz qaldıqda xarab olmağa və bakterial çirklənməyə daha həssasdır.

Publika.az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında qida təhlükəsizliyi eksperti Nataliya Fomenko bildirib.

O deyib ki, temperatur yüksəldikdə, meyvənin səthi və lət hissəsi mikroorqanizmlərin çoxalması üçün əlverişli olur, bu isə öz növbəsində qida zəhərlənməsinə səbəb olur.

"Yetişmək üçün isti yerdə qalan yaşıl pomidorları belə 20 °C-dən yuxarı temperaturda saxlamaq olmaz. Bu temperatur quru meyvələr də daxil olmaqla maksimumdur, ona görə də bütün məhsullar qaranlıq, sərin yerdə saxlanmalıdır", - deyə qida mütəxəssisi vurğulayıb.

Seçilən
12
3
publika.az

6Mənbələr