AZ

Məşhur musiqiçi Flako Ximenez vəfat edib

Bakı. Trend:

Amerikalı müğənni və akordeon ifaçısı, "Rolling Stones" və BobDylan kimi əfsanəvi sənətçilərlə əməkdaşlıq etmiş Leonardo “Flaco”Ximenez 87 yaşında dünyasını dəyişib.

Trend xəbər verirki, bu barədə “The National World” məlumat yayıb.

Musiqiçi iyulun 31-də ailəsinin əhatəsində vəfat edib. O, birneçə ay əvvəl xəstəxanaya yerləşdirilmişdi.

“Flako” (ispan dilində “arıq”) ləqəbini o, incə bədən quruluşunagörə almışdı. Ximenez karyerası ərzində altı dəfə “Grammy”mükafatına layiq görülüb, iyirmidən çox albom buraxıb və Tejanomusiqisinin inkişafında mühüm rol oynayıb. Bu janr əsasən Texasdayaşayan Meksika-Amerika icmaları arasında populyar olub.

Onun musiqisi və irsi bu gün də minlərlə insan üçün ilhammənbəyidir.

Seçilən
60
az.trend.az

1Mənbələr