AZ

Bu ölkə 3 hissəyə bölünəcək, dünya inqilablar və terror hücumları ilə üzləşəcək

2026-cı ildə dünya ağır geosiyasi kataklizmlərlə üzləşəcək, bu isə bütün dünyada inqilablar, terror aktları və miqrasiya böhranları dalğasına səbəb olacaq.

Publika.az xəbər verir ki, bu qaranlıq proqnozunu "Radio ESKA" ilə bölüşən polyak ekstrasens Kşiştof Yaçkovski olub.

Onun proqnozlarında Ukrayna münaqişəsinə toxunan fikirlər səslənsə də, əsas diqqət Polşaya yönəlib. Yaçkovskinin sözlərinə görə, Polşanı kütləvi qaçqın axını gözləyir. Lakin ekstrasens onların ilin hansı dövründə və haradan gələcəklərini dəqiq qeyd etməyib.

Bundan əlavə, onun vizyonlarına əsasən, miqrant axını ilə paralel olaraq Polşa "üç böyük dövlət tərəfindən bölünəcək", dövlətin cənub-şərq hissəsi, mərkəzi Krakov olmaqla, ümumiyyətlə, muxtariyyət statusu ala bilər. Lakin bu hadisədən əvvəl nələrin baş verəcəyi barədə o, heç nə deməyib.

Yaçkovski bəyanatında onu da vurğulayıb ki, bizim gələcəyimiz əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsidir. Kim tərəfindən və nə üçün – açıqlamayıb. Amma o, burada da dayanmayıb.

"Radio ESKA"ya danışan ekstrasens bildirib ki, 2026-cı ildə dünyada siyasi vəziyyət kəskin şəkildə gərginləşəcək. Hazırlıqlar artıq başlayıb, lakin əvvəlcə Ukrayna münaqişəsinin həll olunması vacibdir.

Seçilən
68
publika.az

1Mənbələr