AZ

Prezidentin oğlu Heydər Əliyev 28 yaşında - AD GÜNÜ+FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. 

 

Modern.az-ın məlumatına görə, Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub. O, Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb.



2013-cü ildə orta təhsili başa vuran Heydər Əliyev təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızlı meddala bitirən H.Əliyevin adı təhsil aldığı Müasir Təhsil Kompleksində “Şərəf kitabı”na yazılıb.


Elə həmin, 2013-də Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. O, qəbul imtahanlarını da yüksək səviyyədə verərək, 590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.

 

2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub. 2018–2019-cu illərdə hərbi xidmətdə olub.


Tələbə yoldaşları və dostları Heydər Əliyevi savadlı, mədəni və təvazökar bir gənc kimi xarakterizə edirlər. Onun davranışları və insanlarla ünsiyyəti dəfələrlə həm müəllimləri, həm də yaxın ətrafı tərəfindən yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, Heydər Əliyev 26 noyabr 2022-ci ildə ailə həyatı qurub.

 

 

Seçilən
4
6
modern.az

7Mənbələr