Kamçatkada Kraşeninnikov vulkanı püskürüb.
APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Vulkan Püskürmələrinə Reaksiya üzrə Kamçatka Qrupu məlumat yayıb.
Vulkanın püskürməsi Petropavlovsk-Kamçatkada hiss olunub.
Vulkanın püskürməsi nəticəsində 6 km-ə qədər hündürlüyə kül buludu yaranıb.
Vulkanın üzərinə aviasiya təhlükəsi baxımından narıncı xəbərdarlıq kodu təyin edilib.