ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soyadını özü şəxsən dəyişdirə bilər.
18 yaşı tamam olmamış şəxslərin adının, eləcə də soyadının dəyişdirilməsi isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.
Ölkəmizdə ad, soyad və ata adını dəyişdirmək istəyənlərin sayı da çoxdur.
News24.az xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində qeydiyyat orqanları tərəfindən 218 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi rəsmiləşdirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.